Müşfiq Ötgün: "Ateist tanıyıram ki, uşaqlığında dini tərbiyə alıb": ÇARPAZ MÜZAKİRƏ
"Bir neçə ateist tanıyıram, uşaqlığında güclü dini tərbiyə alıblar, hətta dini məktəbə də gediblər. Ancaq sonra ateist olublar".
BAKU.WS xəbər verir ki, bunu Baku TV-nin efirində yayımlanan "Amin" verilişinin növbəti buraxılışı zamanı aparıcı Müşfiq Ötgün deyib.
O, həmçinin əlavə edib:
"Tarixin məşhur ateisti Stalin xristianlıq məktəbində təhsil alıb. İndi burada nəyə diqqət etməliyik ki, tərs effekt olmasın?"
Proqramın qonağı fəlsəfə doktoru Əhməd Niyazov suala cavab olaraq bildirib ki, mənəvi və dini tərbiyədə basqı olmamalıdır:
"Fizika qanunlarına görə, təsir əks-təsirə bərabərdir. Tərbiyədə psixoloji basqı olmamalıdır".
Oxşar xəbərlər
Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir"
Lerikin ucqar dağ kəndi olan Bradinin sakini Qədir Qurbanovun ailəsi illərdir qəzalı vəziyyətə düşən evdə yaşayır. Onun sözlərinə görə, ev 1970-ci ildə tikilib....