"Müharibə veteran"ları 80 manatı bu qayda ilə alacaqlar - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Vətən müharibəsində iştirak edən şəxslər "Müharibə veteranı" adı və vəsiqəsini alandan sonra ödəniş almaq üçün heç bir quruma müraciət etməli deyillər".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov brifinqdə deyib.
Onun sözlərinə görə, həmin şəxslər bank kartları vasitəsilə hər ay vəsait ala biləcəklər.
Qeyd edək ki, “Müharibə veteranı” adı və vəsiqəsi verilən və aidiyyəti qurumlar tərəfindən “Zəfər” altsisteminə daxil edilən şəxslərə gələn ilin yanvar ayının 1-dən Prezidentin aylıq təqaüdü (80 manat) təyin edilib.
Oxşar xəbərlər
İkinci Qarabağ müharibəsi veteranlarının alacaqları təqaüdün məbləği müəyyənləşdi - RƏSMİ
İkinci Qarabağ müharibəsi veteranlarına aylıq 80 manat Prezident təqaüdü veriləcək. Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat...