Müəllimlər olmaq istəyənlərin NƏZƏRİNƏ: 500 nəfərə ehtiyac var
Beş yüz müəllim üçün metodist işləmək şansı yaradılıb.
BAKU.WS bildirir ki, bununla bağlı barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd olunub ki, 2025-26-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi üçün "Müasir metodist" müsabiqəsinə qeydiyyat prosesi davam edir.
Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar:
"Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər "Metodist hazırlığı" təlimlərinə cəlb edilirlər. Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.
2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur. Qeydiyyat üçün son müraciət tarixi 20 fevral 2025-ci ildir".
Əlavə edilib ki, müəllimlər müraciət etmək üçün bu keçidə daxil ola bilərlər.
Oxşar xəbərlər
Yaxın 5 il ərzində Bakıda yeni avtomobil yolları tikilərək istismara veriləcək
İki il ərzində Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtom...