Müəllimlər kütləvi COVID-19 testindən keçiriləcək? - Nazirdən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil naziri Emin Əmrullayev fevralın 15-dən sonra müəllimlərin COVID-19 testindən keçirilib-keçirilməyəcəyinə və peyvənd olunub-olunmayacağına münasibət bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı sualı cavablandıran E.Əmrullayev deyib ki, əvvəlki aylardakı kimi müəllimlər kütləvi COVID-19 testindən keçirilməyəcək:
"Çünki test yalnız iki halda məcburidir: Birincisi, hansısa simptomlar olduğu halda, ikincisi isə koronavirus xəstəsi ilə təmasda olan zaman. Çünki kütləvi test məktəbdə yoluxma halının qeydə alındığı zaman həyata keçirilir. Düşünürük ki, 50 yaşdan yuxarı müəllimlərimizin vaksinasiyasını mərhələli şəkildə həyata keçirək".
Oxşar xəbərlər
Spiker təhsil qanunvericiliyin təkmilləşməsi ilə bağlı hökumət nümayəndələrini topladı
“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib. BAKU.WS xəbər verir ki, bu...