Müəllimlər Günü ilə bağlı valideynlərə MÜRACİƏT

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir.
BAKU.WS xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) açıqlama yayıb.
Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilib:
"Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.
Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir".
Oxşar xəbərlər
Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: "İşarət dili ilə videozəng xidməti" təqdim edildi
Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində...
