Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 27-də Vətən müharibəsinin ikinci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.
Müdafiə naziri general-polkovnik Z.Həsənov və nazirliyin digər rəhbər heyəti şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
Qalereya
Oxşar xəbərlər
Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”
“Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”. Bu fikirlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ordu birliyinin şəxsi hey...