Müdafiə Nazirliyi vakant mühasib və baş mühasib vəzifələri elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyinin Bakı şəhərində və digər bölgələrdə yerləşən tabeliyindəki hərbi hissə və müəssisələrində vakant mühasib və baş mühasib vəzifələrinə mülki şəxslərin müsabiqə yolu ilə işə qəbulu elan edilir. BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Ən azı 2 il mühasibatlıq fəaliyyəti üzrə iş stajı olan vətəndaşlar müsabiqədə iştirak edə bilər. Qəbul zamanı peşəkar mühasib və maliyyə işi üzrə müvafiq sertifikatları olan şəxslərə üstünlük veriləcəkdir. Müsabiqədə iştirak etmək istəyən 40 yaşadək namizədlər şəxsi telefon nömrələrini qeyd etmək şərti ilə aşağıdakı sənədləri sentyabrın 20-dək mbi-dost@mod.gov.az e-poçt ünvanına göndərə bilərlər: - tərcümeyi-hal; - şəxsiyyət vəsiqəsinin surəti; - diplomun surəti; - müvafiq setifikatların surəti; - əmək kitabçası və ya əmək fəaliyyəti barədə bildirişin surəti.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...