Mübariz Qurbanlı Aşura günü ehsan verilməsinə münasibət bildirib

10
sen
2019
14:19
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına münasibət bildirib.BAKU.WS "report"a istinadən xəbər verir ki, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, insanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil.O qeyd edib ki, İmam Hüseyn əzadarlığının birinci ili deyil: "Bu, hətta Sovet dövründə də var idi, indi də var. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacam, kimsə deyir halva paylayacam, bəziləri hədik paylayır. İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu insanların şəxsi istəyidir və bununla təskinlik tapır".
Oxşar xəbərlər
Məsciddə şəhidlərin fotoları əks olunan plakatların sökülməsi iddiasına CAVAB
"Şəhidlik zirvəsində hər bir şəhidin öz yeri var. Şəhidləri bir-biri ilə müqayisə edib fərqləndirməzlər. Çünki şəhidlik bir ad altındadır və İslamda şəhidləri a...
