Məsciddə şəhidlərin fotoları əks olunan plakatların sökülməsi iddiasına CAVAB

10
sen
2019
12:46
"Şəhidlik zirvəsində hər bir şəhidin öz yeri var. Şəhidləri bir-biri ilə müqayisə edib fərqləndirməzlər. Çünki şəhidlik bir ad altındadır və İslamda şəhidləri ayırmırlar".BAKU.WS APA-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.Komitə sədri bildirib ki, Aşura günü zamanı məscidlərdə Qarabağ şəhidləri və digər şəhidlər yad edilir və bu, tamamilə doğrudur:"Qafqaz Müsəlmanları İdarəsinin builki fətvasında xüsusilə qeyd olunur ki, məscidlərdə İmam Hüseyn əzadarlığı zamanı Kərbəla hadisələri izah edilərkən xütbələrdə Qarabağ şəhidləri də yad edilsin. Həm dinimiz, həm də fətvada bu deyilir.Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə, ona sual vermək lazımdır ki, sən öz şəhidinə bu cür yanaşırsansa, onda İmam Hüseyn şəhadətinə yanaşman da doğru olmaz. Ona görə də bu cür yanaşma yanlışdır".
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Aşuradır
Bu gün Azərbaycanda Aşuradır.Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Məhərrəm ayı ilə bağlı fətvasına əsasən, hicri 1441-ci ilin başlanğ...
