Mübariz İbrahimov haqqında möhtəşəm film çəkilir (VİDEO)

Mübariz İbrahimov haqqında möhtəşəm film çəkilir (VİDEO)
Video
Sosial 6481

 

Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında yeni film çəkilir.

BAKU.WS-in məlumatına görə, "İST Film Yapım" tərəfindən ərsəyə gətirilən "Mübariz" adlı film 2018-ci ildə ictimaiətə təqdim olunacaq. 

Filmdə Mübariz İbrahimovun 18 iyun 2010-cu il tarixində düşmənlə qeyri-bəbabər döyüşdə necə döyüşdüyü əks olunur. Gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir.

Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

"Mübariz" filminin tizerini təqdim edirik: 

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər