MTRŞ verilişlərdə erotika və qəddarlıqla bağlı qərarı ləğv etdi

MTRŞ verilişlərdə erotika və qəddarlıqla bağlı qərarı ləğv etdi
Sosial 437

Fevralın 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

BAKU.WS xəbər verir ki, iclasda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ilə əlaqədar “Televiziya və radio yayımı” haqqında Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər müzakirə olunub.

“Televiziya və radio yayımı” haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində edilmiş son dəyişikliyə əsasən, Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci ildə qəbul etdiyi “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar” hüquqi qüvvəsini itirdiyindən Şuranın qərarı ilə ləğv olunub.

İclasda həmçinin “TV Texservis” MMC-nin “ATV Plyus” MMC-yə birləşməsi ilə əlaqədar olaraq Milli Televiziya və Radio Şurası tərəfindən “TV Texservis” MMC-yə verilmiş kabel şəbəkəsi yayımı üçün 18 mart 2016-cı il tarixli lisenziyanın və “TV Texservis” MMC-nin istifadəsinə ayrılmış efir yayım tezliklərinin onun hüquqi varisi olan “ATV Plyus” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu görüntülərə görə ATV-yə xəbərdarlıq edildi - VİDEO

Bu görüntülərə görə ATV-yə xəbərdarlıq edildi - VİDEO

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.BAKU.WS MTRŞ-a istinadən xəbər verir ki, iclasda ATV telekanalı tərəfindən “Televiziya və r...

17890 Şou-biznes 10:27 11 iyul 2018

Son xəbərlər