İmtahanlarda güzəştlərin olması barədə TƏKLİF
Yeniliklərdən dərhal xəbərdar olun
“İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.
Onun sözlərinə görə, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb:
“Sessiya imtahanları onlayn qaydada dörd həftə ərzində keçiriləcək. Əslində, keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Ən vacib məsələ odur ki, bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi”.
“Pandemiya şəraitində yazılı imtahanlar olsa da, əsasən şifahi formaya keçirilib. Pandemiyadan sonra, bəlkə, yaz, bəlkə də, daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı
Dövlət İmtahan Mərkəzi tərəfindən 20-21 avqust tarixlərində qəbul imtahanları keçiriləcək. DİM-dən BAKU.WS-ə verilən məlumata görə, imtahanlar avqustun 20-də 16...