MSK sədri: "Seçki ilə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun həyata keçirilib"
Yeniliklərdən dərhal xəbərdar olun
Növbədənkənar parlament seçkisi ilə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun, plana müvafiq həyata keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 6 milyon 421 min 960 nəfər seçici var.
MSK sədri bildirib ki, Azərbaycanda parlament seçkisi ilə əlaqədar 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 6 min 343-ü daimi, 135-i müvəqqətidir.
M.Pənahov əlavə edib ki, 135 müvəqqəti seçki məntəqəsi ilə daimi məntəqələrin müşahidəçilik baxımından heç bir fərqi yoxdur:
"Qeydiyyatdan keçən müşahidəçilər daimi və müvəqqəti ayrılığı olmadan, bütün seçki məntəqələrində müşahidə apara bilərlər. Bunun üçün sadəcə, qapalı müəssisələrin özünün daxili qaydalarına tabe olmaq lazımdır. Bu onların daxili nizam-intizamıdır".
Oxşar xəbərlər
Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur
"Maraqlar toqquşması haqqında" qanun layihəsində vəzifəli şəxslərin dövlət və bələdiyyə əmlakından şəxsi maraqları naminə istifadə etməsinə məhdudiyyət nəzərdə...