MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Seçki Komissiyasının (MSK) yeni strukturu və ştat cədvəli təsdiqlənib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Daha sonra məsələ səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.
Qeyd edək ki, MSK-nın ötən iclasında qəbul edilən qərara əsasən, MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin adı dəyişdirilərək
Media və kommunikasiya şöbəsi edilib, Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi fəaliyyətə başlayıb. Bundan əlavə, İnsan resursları sektoru yaradılıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...