Mərkəzi Bankdan dolların bu günə olan məzənnəsi (RƏSMİ)

Mərkəzi Bankdan dolların bu günə olan məzənnəsi (RƏSMİ)
Sosial 2423

 

Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib. 

Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin bu gün üçün USD/AZN rəsmi məzənnəsi 1,5682 təşkil edib. 

 

Qeyd edək ki, yanvarın 12-də rəsmi məzənnə 1,5685 AZN/USD olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər