Moskvaya yağan güclü qar Azərbaycana gələn təyyarələrin uçuş cədvəlinə təsir göstərməyib
04
mar
2018
12:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvaya yağan güclü qar paytaxtın hava limanlarında 50-dən çox reysin təxirə salınmasına səbəb olub.“Report” xəbər verir ki, bu barədə Moskva hava məkanının aviadispetçer xidmətləri məlumat yayıb.Rusiya paytaxtının aerodrom xidmətləri yüksək hazırlıq rejiminə keçiblər. Gecə ərzində hava limanlarında uçuş-eniş zolaqları, perronlar və yönəldici yolların qardan təmizlənməsi işləri davam etdirilib.Bütün təyyarələrin şassiləri yola düşməzdən əvvəl buzbağlamaq əleyhinə maye ilə sürtülür. Bu prosedur 30 dəqiqə əlavə vaxt apardığından, reslərdə qısamüddətli gecikmələr yaradır.Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, bu gün səhər saatlarından Moskva aeroportlarından Bakı, Lənkəran və Gəncə istiqamətində uçan təyyarə reyslərinin cədvəlində hələ ki, heç bir problem yaşanmayıb.BAKU.WS
Oxşar xəbərlər
Moskva-Bakı reysi ilə uçan təyyarə "Vnukovo" hava limanına qayıdıb
“Texniki nasazlıq ilə əlaqədar olaraq, Azərbaycan Hava Yollarının J2-808 Moskva (VKO) - Bakı (GYD) reysi yubanır”. AZAL-dan BAKU.WS-ə verilən xəbərə görə, texni...