Moped sürücülərinin DİQQƏTİNƏ: Sürücülük vəsiqəsi tələb olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
BAKU.WS APA-ya istinadla xəbər verir, bu, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.
Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi idarəsinin məlumatına əsasən, bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...