Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür
Bu gün Modern.az xəbər portalının yaranmasının ildönümüdür. Saytın fəaliyyətə başlamasından artıq 17 il ötür.
Modern.az 2009-cu il sentyabrın 1-də istifadəyə verilib və fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə tanınıb. Portal gündəlik və operativ xəbərlər hazırlayaraq həm Azərbaycanda, həm də ölkə xaricində yaşayan soydaşlar arasında geniş oxucu auditoriyası qazanıb.
Modern.az-ın obyektiv, qərəzsiz və bitərəf mövqeyi oxucular tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edək ki, saytın təsisçisi və baş direktoru Elşad Eyvazlıdır.
BAKU.WS bu münasibətlə Modern.az-ı təbrik edir və onlara uğurlu fəaliyyət arzulayır.
Oxşar xəbərlər
Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağıb
Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində qar yağıb. BAKU.WS report-a istinadən xəbər verir ki, qar Şahbuz rayonunun yüksək dağlıq ərazilərində...