MN: "Zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib" - FOTO

MN: Zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib - FOTO
Foto
Sosial 6

Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə cari ilin hazırlıq planına əsasən keçirilən sınaq imtahanları davam edir.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

Müxtəlif təlim mərkəzlərində keçirilən imtahanların növbəti günündə çətin keçilən ərazilərdə tank və piyadanın döyüş maşınlarının (PDM) idarə edilməsi, eyni zamanda, zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunda məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanlarının əsas məqsədi hərbi qulluqçuların döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər