MM-də məsələ qaldırıldı: Torpaq sahəsi olan işsizlərə də 190 manat verilsin
Yeniliklərdən dərhal xəbərdar olun
İşsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin torpaq payı olanlara verilməməsi Milli Məclisin bugünki iclasında müzakirə olunub.
BAKU.WS xəbər verir ki, deputat Aydın Mirzəzadə torpaq sahəsi olan işsiz insanlara 190 manatın verilməməsi ilə bağlı məsələyə yenidən baxılmalı olduğunu bildirib:
“Kiminsə kənddə pay torpağını becərib-becərmədiyini öyrənmək elə çətin deyil. Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.
Deputat Razi Nurullayev pay torpaqları olanlara 190 manatın verilməməsinə etirazını bu şəkildə edib:
"İnsanlar bu gün torpaq yeyə bilməz. Adına pay torpağı olan kəndlilərə 190 manat yardımın verilməməsi düzgün deyil. Əgər dövlətin buna gücü çatmırsa, açıq deyək. Amma imkan varsa, dövlət bu məsələyə yenidən baxmalıdır. Kəndliyə verilən torpaq əkin-biçin üçün verilib. Bu gün torpaqdan gəlir əldə etmək mümkün deyil. Koronavirusa görə çətinlik bu gün üçün yaranıb. İnsanlar indi torpaq yeyə bilməz. Hökumət bu məsələyə yenidən baxmalıdır”.
Qeyd edək ki, birdəfəlik ödəmənin alınması üçün şəxsin işsiz statusu alması vacibdir. Aparılan araşdırma zamanı işsiz statusu alan şəxsin özünün, yaxud həyat yoldaşının hər hansı yardım, təqaüd, pensiya, sosial müavinət, kompensasiya aldığı, şəxsin aktiv əmək müqaviləsinin olduğu, şəxsin mülkiyyətində pay torpağının olduğu, silahlı qüvvələrdə xidmət keçdiyi aşkarlanarsa, ona birdəfəlik vəsait verilmir.
Oxşar xəbərlər
Bu şəxslərə ödəmə verilməyəcək - SİYAHI
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdə...