Minlərlə hərbçinin övladı bayram şənliklərində iştirak edib - FOTO

Minlərlə hərbçinin övladı bayram şənliklərində iştirak edib - FOTO
Foto
Sosial 515

Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat daxil olub.

Məktəb tətili günlərində təşkil olunan bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə on mindən artıq övladı üçün konsertlər, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.

Bayram mərasimlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər