Mingəçevirdə iki qardaş "Kvadrasikl” hazırlayıb - VİDEO
18
apr
2019
23:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə 25 yaşlı usta Vladimir Kalidin və qardaşı Denis birgə "Kvadrasikl” nəqliyyat vasitəsi hazırlayıb.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, 3 aya ərsəyə gələn minik vasitəsi motosiklet və "VAZ" avtomobilinin detallarından yığılıb. 800 manata yaxın xərc qoyulan kvadrasiklın mühərrikinə müəyyən dəyişikliklər edilərək onun gücü daha da artırlıb.Mingəçevirdə avtomobillər arasında şütüyən minik vasitəsinə maraq böyükdür. Əksər avtomobillərin çıxa bilmədiyi hündürlüklərə qalxan bu nəqliyyat vasitəsi rahat idarə edilməklə yanaşı, saatda 90-100 km sürət yığa bilir.Kvadrasiklı almaq istəyənlər də az deyil. Vladimir Kalidin minik vasitəsinə sənəd aldıqdan sonra sata biləcəyini deyir. Mingəçevir sakini gələcəkdə fərqli görünüşlü nəqliyyat vasitələri hazırlamağı da planlaşdırır.
Oxşar xəbərlər
Yanvarda ölkəyə idxal olunan avtomobillərin sayı açıqlanıb
Ötən ay Azərbaycana idxal edilən avtomobillərin sayı 2 min 512 olub.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin...