Mingəçevirdə ETİRAZ AKSİYASI - Avtobus sürücüləri tətil etdi
17
yan
2019
21:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə avtobus sürücüləri tətil edib.Şəhər sakinlərinin BAKU.WS-ə verdikləri məlumata görə, Mingəçevir - Xaldan marşrutu üzrə hərəkət edən avtobusların Mingəçevir bazarının yaxınlığında 25 ildir istifadə etdikləri son dayanacaq yeri yeni icra başçısının göstərişi ilə əllərindən alınıb. Buna etiraz edən sürücülər iki gündür işə çıxmırlar. Nəqliyyat problemi ilə üzləşən həmin marşrutun sərnişinləri Mingəçevir şəhər İcra Hakimiyyətinə yürüş ediblər. İcra hakimiyyətində onları qəbul edən olmadığından, sakinlər şəhər Polis Şöbəsinin qarşısına yığışıblar. Şəhər sakinləri sözügedən dayanacağın onlar üçün də əlverişli olduğunu deyərək sürücülərə dəstək çıxıblar.BAKU.WS
Oxşar xəbərlər
Bakı meriasında texniki avadanlıq və kompüterlər yoxa çıxdı - Eldar Əzizov göstəriş verdi
Bakı Şəhər İcra hakimiyyətində xeyli sayda texniki avadanlıq və kompüterlər yoxa çıxıb.BAKU.WS “unikal.org”a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyy...