Min nəfərin yaşadığı, təhsilə böyük maraq olan ucqar kənd - Gədəbəydən REPORTAJ
Yeniliklərdən dərhal xəbərdar olun
"Kəndinə qayıt" verilişinin növbəti buraxılışında Gədəbəyin ən ucqar yaşayış məntəqələrindən biri - dağların qoynunda yerləşən Nərimankəndə səyahət edilib.
Nərimankənd Azərbaycanın qərb hissəsində, Gədəbəy və Tovuz rayonlarının inzibati sərhədlərində, Xınna dərəsində yerləşir.
Kənd bir zamanlar Orconikidze adlandırılıb və ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra öz tarixi adına qovuşub.
Hazırda burada təxminən 1 000 nəfər yaşayır. Nərimankəndin ən diqqətçəkən cəhətlərindən biri ata-babalardan qalmış qədim evlərin bu günə qədər qorunub saxlanmasıdır. Kəndin sakinləri arasında təhsilə böyük maraq var və uzun illərdir ki, burada təhsil almayan gənclərə qız verilmədiyi deyilir.
Lakin kəndin yaşlı sakini Afizə nənə bildirir ki, vaxtilə adətlər tam əksinə olub - oxuyan qızlarla evlənmək istəməz, belə qızlar ailə qurmaqda çətinlik çəkərmiş.
"Əvvəllər deyirdilər ki, qız oxuyubsa, onu almırıq. Çox oxuyan qızı almırdılar. Sonralar çoxu şəhərə getdi, orada oxuyub, elə orada da qaldılar. İndi kəndimizdə qız yoxdur", - Afizə nənə söyləyib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...