Milli Məclisdə yeni vəzifəyə təyin edilən şəxs keçmiş "KVN"çi imiş

Milli Məclisdə yeni vəzifəyə təyin edilən şəxs keçmiş KVNçi imiş
Sosial 372

Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə sektor müdiri təyin olunan İlqar Nəbiyev "Planet Parni iz Baku" KVN teatrının iştirakçısı olub.

BAKU.WS Yurd.Media-ya istinadən xəbər verir ki, İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından "Şən və Hazırcavablar" klubunda "Bakılı Oğlanlar" komandasında çıxış etməyə başlayıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2001-ci ildən Tahir İmanovun yaratdığı "Planet Parni iz Baku" KVN teatrında da iştirak edib. İ.Nəbiyev daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və "Şən və Hazırcavablar klubu" yarışları təşkil edib.

İlqar Nəbiyev 2020-ci ilin mayından MM Aparatının Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri kimi çalışıb. Onun əvvəl tutduğu vəzifəyə isə həmin şöbənin əməkdaşı İlqar Nuri təyin olunub.

Oxşar xəbərlər

Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb

Lənkəranda çörək sexinin qanunsuz fəaliyyəti dayandırılıb

Lənkəran rayonu, Mamusta kəndində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb. Bu barədə...

31 Sosial 20:00 21 aprel 2025

Son xəbərlər