Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisdə oktyabrın 29-da Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, konfrans "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunub.
Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətlərinin, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı gözlənilir.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...