Milli Məclisdə 1 000 manata qədər əməkhaqqı alanların vergi dərəcələrindən azad olunması təklif edilib
Milli Məclisdə 1 000 manata qədər əməkhaqqı alan şəxslərin bütün vergi dərəcələrindən azad olunması təklif edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında gələn ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı çıxış edib.
Q.Həsənquliyev çıxışında yoxsul təbəqənin müdafiə etmək lazım olduğuna diqqət çəkib:
"Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli artıb. Keyfiyyətli ət və ərzaq məhsulları aztəminatlı əhali üçün əlçatmaz olub. Əhalinin sosial vəziəyyətində ciddi problemlər var və bunu görməzdən gəlmək düzgün deyil".
Oxşar xəbərlər
Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət
Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...