Millət vəkilindən əhaliyə ÇAĞIRIŞ
Yeniliklərdən dərhal xəbərdar olun
Karantin tədbirlərinin yumşaldılması heç də sosial təcrid qaydalarına əməl edilməməsi anlamına gəlməməlidir.
BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
“Ancaq təəssüf ki, aparılan monitorinqlər göstərir ki, vətəndaşlarımızın bir qismi hətta sosial məsafənin gözlənilməsi tələbinə belə əməl etmir.
Bu isə son günlər koronavirusa yoluxanların sayının artmasına səbəb olub. Pandemiyaya qarşı mübarizə və eyni zamanda hər bir vətəndaşın sosial təcrid tədbirlərinə əməl etməsi, həm onların sağlamlığı, həm də ölkə iqtisadiyyatındakı yenidən formalaşan aktivliyin qorunub saxlanması baxımından vacibdir.
Çünki yoluxma sayının artması ikinci dalğanın yaranmasına və karantin qaydalarının daha da sərtləşdirilməsinə gətirib çıxara bilər.
O baxımdan hər birimizin sosial təcrid qaydalarına əməl etməsi vacibdir”, - deyə millət vəkili bildirib.
V.Bayramov deyir ki, xüsusən də sağlamlığımızın qorunması, iqtisadiyyatdakı bərpa olunan aktivliyin saxlanılması, real sektordakı artımın mərhələli şəkildə yüksəlməsi üçün sosial təcrid tədbirlərinə əməl etməyimizə və bu məsələdə daha güclü həmrəylik nümayiş etdirməyimizə ehtiyac var.
Oxşar xəbərlər
İlham Əliyev Bakıda yeni kompleksin açılışında - FOTO
Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılı...