Mikayıl Müşfiqin xatirə muzeyi əsaslı TƏMİR OLUNACAQ
Xızı rayonu ərazisində yerləşən görkəmli şair Mikayıl Müşfiqin xatirə muzeyində əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.
BAKU.WS-in məlumtına görə, təmirə hazırlıq məqsədilə muzeyin yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanacaq. Layihə "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən həyata keçirilir.
Qeyd edək ki, hazırlanacaq layihə-smeta sənədləri muzey binasında aparılacaq əsaslı təmir işlərinin həcmini, texniki tələbləri və maliyyə göstəricilərini əhatə edəcək. Bu sənədlər əsasında gələcəkdə muzeyin bərpası və müasir tələblərə uyğunlaşdırılması həyata keçiriləcək.
Layihənin məqsədi Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirildiyi bu mədəniyyət ocağının qorunması, saxlanılması və ziyarətçilər üçün daha əlverişli vəziyyətə gətirilməsidir.
Oxşar xəbərlər
Güclü külək nə qədər maşın və evə ziyan vurub? - Ödənilən məbləğlər məlum oldu
Məlum olduğu kimi, 2-5 fevral 2026-cı il tarixlərdə ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti müşahidə olunub. BAKU.WS-in məlumtına görə, qeyd olunan tarixdə p...