Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov V "Yüksəliş" müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla Mentorluq proqramı çərçivəsində növbəti görüşünü keçirib.
BAKU.WS bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, görüşdə idarəçilikdə institusional yanaşmalar, strateji qərarların qəbulu prosesində prioritetlər və iqtisadi transformasiya şəraitində zəruri bilik və bacarıqlar barədə fikirlər bölüşülüb. Eyni zamanda, qaliblərin fərdi inkişaf planı, idarəetmə və peşə bacarıqlarının təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb, Mentorluq proqram müddətində atılacaq potensial addımlar müzakirə edilib.
Bundan əlavə, fərdi inkişaf planı çərçivəsində əldə olunan təcrübələr dəyərləndirilib.
Oxşar xəbərlər
Avtobuslar niyə düzgün park edilmir?
Azadlıq prospektində bəzi avtobuslar düzgün park edilmir. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə avtobusların pro...