Mikayıl Cabbarov koronavirus əleyhinə peyvənd olunub

Mikayıl Cabbarov koronavirus əleyhinə peyvənd olunub
Sosial 89

İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus (COVID-19) əleyhinə peyvənd olunub.

BAKU.WS xəbər verir ki, o, bu barədə “Twitter” sosial şəbəkəsindəki hesabında bildirib.

“Mən də peyvənd olunmuşam və hər kəsə bu prosesə qoşulmağı tövsiyə edirəm. Peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir”, - deyə nazir qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər