Mikayıl Cabbarov: “Heydər Əliyevin mütərəqqi ideyaları hər birimiz üçün örnəkdir” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, nazir bu barədə şəxsi feysbuk hesabında yazıb:
“Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi ilə əlamətdardır. Ulu öndərin nümunəvi həyat yolu, dövlətçilik siyasəti, Vətənə olan sonsuz sevgisi və mütərəqqi ideyaları hər birimiz üçün örnəkdir. Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq və onun ölkəmiz üçün misilsiz xidmətləri yüzilliklər boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq”.
Oxşar xəbərlər
FHN-nin yaradılmasının 17-ci ildönümü münasibətilə təntənəli iclas keçirilib - FOTO
16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazi...