Meymunçiçəyinə yoluxduğumuzu necə bilək? - RƏSMİ CAVAB

Meymunçiçəyinə yoluxduğumuzu necə bilək?  - RƏSMİ CAVAB
Sosial 3146

"Əgər şəxsin səpkisi və temperaturu varsa, biz bunu simptomlarla müəyyənləşdiririk. Çünki ayrıca simptomlar var. Meymunçiçəyi virusuna yoluxmuş şəxsdə temperaturdan bir-iki gün sonra səpkilər başlayır. Səpki öncə üz nahiyədən başlayır, daha sonra bədənin digər yerlərinə yayılır".

BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində qonaq olan Səhiyyə Nazirliyinin eksperti Ləman Qalimova bildirib.

Ekspert əlavə edib ki, bu virusa yoluxanlarda limfa düyünləri böyüməyə başlayır: "Vətəndaşlar əgər kimdəsə şübhəli əlamətlər müşahidə edərsə, bu zaman yaxın təmasdan çəkinməlidir. Həmin şəxsi isə xəstəxanaya getməyə məcbur etsinlər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər