Metropolitendən 24-30 yaş arası işsizlər üçün TƏKLİF
08
okt
2019
11:56
"Bakı Metropoliteni" QSC maşinist peşəsi üzrə namizədlərin seçiminə başlayır.BAKU.WS xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.Məlumatda həmçinin deyilir ki, ərizələr noyabrın 8-nə qədər qəbul edilir. Namizədlər 24-30 yaş arasında, ali və orta texniki təhsilli, ilk peşə ixtisaslı olmalıdır. Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) tələbi var.Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək.İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.İddiaçılar səhmdar cəmiyyətinin internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.
Oxşar xəbərlər
İşə qəbul olmaq istəyən müəllimlər üçün NÖVBƏTİ ŞANS
Bu gündən 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikin...