Müəllimlərin işə qəbulu üzrə ŞƏRTLƏR

Müəllimlərin işə qəbulu üzrə ŞƏRTLƏR
Sosial 406
İyunun 24-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start veriləcək.BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.Test imtahanı mərhələsinin iyul ayında keçirilməsi nəzərdə tutulur. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Oxşar xəbərlər

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlanılır

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə başlanılır

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir. Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin n...

1223 Sosial 19:52 24 avqust 2018

Son xəbərlər