Metroda işləmək istəyənlər üçün şad xəbər
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri" və "Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri" vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.
Bu barədə BAKU.WS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər.
Kursda iştirak tələbləri:
• Yaş: 22 - 30 arası
• Cinsi: kişi
• Hərbi mükəlləfiyyətli
• Təhsil: Texniki ali
• Dil bilikləri:
• Azərbaycan dili - əla
• Rus dili - yaxşı
• Digər xarici dil bilmək arzuolunandır
• Qeydiyyat: Bakı şəhəri
Şöbə rəisi bildirib ki, kursda iştirak etmək istəyənlər "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus) Anket doldurularkən "İşləmək istədiyiniz işin adı" xanasına "Dispetçer" vəzifəsinin qeyd edilməsi zəruridir.
Müraciətlər avqustun 25-dək qəbul edəcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Bakı Metropoliteni metroda baş verən hadisə barədə açıqlama verdi
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Qara Qarayev" metro stansiyasında qatarın şüşəsinin sınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. BAKU...