Bakı metrosu işçi götürür (FOTO)

Bakı metrosu işçi götürür (FOTO)
Sosial 1802

"Bakı Metropoliteni” QSC-də bir neçə ixtisas üzrə vakant yerlərə qəbul prosesi davam etdirilir. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, fevralın 13-ü "Bakı Metropoliteni” QSC-nin Təlim-Tədris Mərkəzində müəssisənin mütəxəssislərindən ibarət kadr komissiyası tərəfindən işə qəbul imtahanı keçirilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətindən göndərişlə müraciət edən namizədlərin işə qəbulu yol elektriki, yol montyoru, yardımçı fəhlə, təmir üzrə çilingər, elektrik çilingəri və digər ixtisaslar üzrə aparılıb. Qeyd edək ki, ilkin seçim mərhələsində müraciət edənlər vakansiyanın tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra imtahana buraxılıblar. İmtahanı müvəffəqiyyətlə keçən 63 nəfərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qanunvericiliyinə uyğun əmək və hüquq münasibətlərini tənzimləyən müqavilə rəsmiləşdirilib. 19 nəfər müraciət edən isə dəvət olunmalarına baxmayaraq imtahanda iştirak etməyib. İşə qəbul imtahanını uğurla keçən namizədlər "Bakı Metropoliteni” QSC-də ilk dəfə olaraq psixoloji-test olunublar. Onu da əlavə edək ki, xüsusi peşə ixtisasları, yəni sazlayıcı, sarğıçı, kabel lehimləyicisi, dolalayıcı, frezerçi, avtomobillərin təmiri üzrə çilingər ixtisasları üzrə işə qəbul prosesi hələ davam edir. BAKU.WS

Oxşar xəbərlər

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən fevralın 9-dan 5 dövlət orqanında inzibati vəzifələrin beşinci...

3 Sosial 12:00 09 fevral 2016

Son xəbərlər