Metronun girişində sərnişinlərin sənədləri niyə yoxlanılır? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 1-dən etibarən Azərbaycan Respublikasında tibbi maskalardan məcburi istifadə olunması tələbi ləğv edilib. İki ildən sonra maskasız həyata geri qayıtsaq da, metroda vətəndaşların yoxlamaları hələ də davam edir.
Maska ləğvindən sonra metro polisi tərəfindən sərnişinlərin yoxlanılması daha da artıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev həmin yoxlamaların COVID-19 xəstələrini müəyyən etmək üçün aparıldığını bildirib:
“Metroya daxil olan COVID-19 xəstələrini müəyyən etmək üçün metronun girişində sərnişinlərin sənədləri yoxlanılır. Lakin bu heç də kütləvi şəkildə aparılmır”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...