Metronun "28 May" stansiyasının qarşısı BELƏ OLACAQ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində ümumi sahəsi 3,5 ha olan ərazidə metronun “28 May” stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.
Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaqdır.
Qalereya
Oxşar xəbərlər
Ekoloji təmiz dəmir yolu nəqliyyatı: Azərbaycan dəmir yollarının inkişaf trendləri
Ekoloji təmiz nəqliyyat XXI əsrin ən önəmli məsələlərindən biridir. Sürətlə inkişaf edən dünyada ətraf mühitin qorunması və davamlı nəqliyyat sistemlərinin yara...