Metroda tez-tez baş verən nasazlıqların səbəbi nədir?

Metroda tez-tez baş verən nasazlıqların səbəbi nədir?
Açıqlama
Sosial 63

Sakinlərin, xüsusən də tıxac vaxtı ən çox üz tutduğu Bakı metrosunda son günlər tez-tez problemlər yaşanır. Elə ötən gün də metronun "28 May" stansiyasında hərəkətə başlamaq istəyən qatarda yaranan nasazlıq səbəbindən sərnişinlər vaqondan düşürülüb və qatar "Nizami" stansiyasından texniki baxış üçün "Nərimanov" elektrik deposuna göndərilib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, məsələyə münasibət bildirən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, hər sahədə olduğu kimi metroda da nasazlıqların, qüsur və nöqsanların olması mümkündür:

"Dünən baş vermiş hadisə ilə bağlı onu deyə bilərəm ki, idarəetmə panelində yaranmış nöqsan qısa müddətdə aradan qaldırılıb və müvafiq araşdırma aparılıb".

Qurum rəsmisinin sözlərinə görə, metroda baş verən müəyyən problemlərdə sərnişinlərin səbirsizliyinin az da olsa rolu var.

B.Məmmədov əlavə edib ki, "Bakı Metropoliteni" mümkün neqativ halların qarşısını almaq üçün bütün lazımi tədbirləri görməkdə davam edir.

Qeyd edək ki, belə hallar metronun hərəkət qrafikində gecikmələrə də səbəb ola bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər