Metroda gedişhaqqı artırılacaq? - Metropolitendən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Metropoliteni" QSC metroda gedişhaqqının artırılması ilə bağlı hələlik Tarif Şurasına müraciət etməyib.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hələlik bununla bağlı heç bir müraciət yoxdur: "Bilirsiniz ki, metroda gedişhaqqının tənzimlənməsi Tarif Şurasının səlahiyyətindədir. Bakı metropoliteni gediş haqlarını tənzimləmək səlahiyyətinə malik deyil. Bakı metropoliteni isə hələlik bununla bağlı Tarif Şurasına müraciət etməyib".
Qeyd edək ki, sonuncu dəfə Bakı Metropolitenində gedişhaqqı 2018-ci ilin avqustun 1-dən artırılıb. Metroda 1 gediş üçün 30 qəpik müəyyən olunub. Həmin qərara qədər isə metroda gedişhaqqı 20 qəpik idi.
Oxşar xəbərlər
Metro açılandan sonra gediş haqqı artırılacaq? - Suala aydınlıq gətirildi
Bakı metrosu artıq bir ilə yaxındır ki, faəliyyətini dayandırıb. BAKU.WS xəbər verir ki, metrodan rəsmi açıqlamaya görə, ötən il 228 milyon sərnişinə xidmət gös...