Metroda bunu edənlər 70 manat CƏRİMƏLƏNƏCƏKLƏR

20
fev
2018
12:41
Metroda, metro keçidlərində gündəlik olaraq gördüyünüz cərəyan yuvalarından istifadə, əslində sərnişinlər üçün qadağandır."Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bununla bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsində bunun cəriməsi də var:“Ümumiyyətlə, Metropolitendən istifadə qaydaları var. Bu qaydalarda Metropolitenin elektrik şəbəkəsinə icazəsiz qoşulmaq qadağandır. Çünki onlar sərnişinlər üçün quraşdırılmayıb. Cərəyan yuvalarından yalnız Metropolitenin əməkdaşları istifadə edə bilərlər. Amma kiminsə ondan istifadə etməyi vacibdirsə, bu zaman onlar stansiya növbətçisi, rəis müavini, yaxud da rəisə yaxınlaşaraq lazımı köməkliyi ala bilərlər. İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq icazəsi olmadan Metropolitenin elektrik şəbəkəsinə qoşulan sərnişinləri 70 manat cərimə gözləyir”.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda maraqlı aksiya: 5 fevral 17:00-dan... (FOTO)
Metropolitendə Qara Qarayevin 100 illiyi qeyd ediləcək. Dahi bəstəkarın əsərləri onun adını daşıyan stansiyada ifa olunacaq.Bu barədə "Bakı Metropoliteni" QSC-n...
