Metroda bunu edənlər 200 manat CƏRİMƏLƏNƏCƏK
08
okt
2024
14:33
Metropolitendə dəmir yoluna hər hansı əşya atmağa görə cərimə kəskin artırılır.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 manat məbləğində cərimə təklif edilir.
Hazırda bu cərimənin məbləği 30 manat təşkil edir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
AMEA-da yeni təyinat
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. BAKU.WS modern.az-a istinadən xəbər verir ki, AMEA-nın Gənc Alim və Mü...