Metro 24 saatlıq rejimə keçəcək? - RƏSMİ CAVAB

Metro 24 saatlıq rejimə keçəcək? - RƏSMİ CAVAB
Sosial 253

""Əlçətan Metro" xidməti təkmilləşdirilir, 24 saatlıq iş rejimi mümkün deyil".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Metropolitenindən bildirilib.

Qeyd olunub ki, əlilliyi olan şəxslərin metrodan rahat və təhlükəsiz istifadə etməsi üçün "Əlçətan Metro" xidməti fəaliyyət göstərir.

Qurumdan verilən məlumata görə, bu xidmətin təkmilləşdirilməsi istiqamətində yeniliklərin tətbiqi ilə bağlı işlər davam etdirilir:

"Metropolitenin 24 saatlıq fəaliyyət rejiminə keçidi məsələsinə də aydınlıq gətirilib. Qeyd olunub ki, metro stansiyalarının iş saatları mövcud texniki və əməliyyat qaydalarına uyğun müəyyən edilir. Gecə saatlarında tunellərdə texniki baxış, qulluq və təmir işləri aparıldığı üçün metro fəaliyyətinin sutkalıq rejimə keçməsi mümkün deyil".

Şahanə Xankişiyeva

Son xəbərlər