Meteohəssas insanların DİQQƏTİNƏ! Günəşdəki axınlar bugün təsir göstərə bilər
Son günlər Günəşdə bir neçə zəif koronal kütlə atılması müşahidə edilib.
BAKU.WS Böyük Britaniyanın Geoloji Xidmətinə istinadən xəbər verir ki, bu axınların əksəriyyəti Yer kürəsindən yan keçəcək, lakin yanvarın 11-də zəif maqnit qasırğası ehtimalı hələ də qalır.
Mütəxəssislər bildirirlər ki, bu axınların Yerə təsiri zəif və dəyənəkvari (tangent) olacaq. Gözlənilən təsirin ciddi fəsadlar yaratması ehtimalı azdır, lakin bəzi məqamlarda geomaqnit aktivliyində qısa müddətli artım müşahidə oluna bilər. Proqnoza görə, bu artım G1 səviyyəsinə qədər yüksələ bilər.
Qeyd olunur ki, G1 səviyyəli zəif maqnit qasırğaları adətən təhlükə yaratmır. Buna baxmayaraq, meteohəssas insanlar baş ağrısı, yorğunluq və arterial təzyiqdə dəyişikliklər hiss edə bilərlər.
Oxşar xəbərlər
Culfada evlərindən çıxarılan sakinlər etiraz etdilər
Culfa şəhəri, 1-ci küçə, 31-ci binada yaşayan sakinlər 2022-ci ildən etibarən evlərindən çıxarılıblar. Səbəb kimi binanın qəzalı vəziyyətdə olması göstərilib....