Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində yeni svetoforlar quraşdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində sürücülərin daha rahat hərəkət etməsi və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə yeni svetoforlar quraşdırılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edilib ki, sözügedən ərazidə 6 "L" və "A" tipli dirəklərdən istifadə edilməklə 13 nəqliyyat və piyada svetoforları quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.
Bununla da Məhəmməd Hüseyn Şəhriyar küçəsindən Mətbuat prospektinə daxilolma artıq nizamlayıcı ilə tənzimlənir.
"Piyadalar isə yolun qarşı tərəfinə piyada svetoforunun yaşıl işığı yandıqda daha təhlükəsiz şəkildə keçə bilirlər", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA
"Vergi Məcəlləsinə təklif olunan dəyişiklik ikinci əl avtomobil bazarında müəyyən canlanma yarada bilər". BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətlənd...