Məşhur iş adamına məxsus şirkətin 4 milyon manat vergi borcu var
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur iş adamı Loğman Zülfüqarlıya məxsus “Bakı İnşaat Sənaye” ASC-nin bu günə 3 985 853 manat vergi borcu olduğu müəyyənləşib.
BAKU.WS bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bu arada mətbuatda vergi orqanlarının sözügedən səhmdar cəmiyyətdə yoxlamalar aparması, milyonlarla manat vergidənyayınma faktının aşkar olunması, müəssisə sahibinin cərimələnməsi və ölkədən çıxışının qadağan edilməsi barədə məlumatlar yayılıb. Loğman və Nürəddin Zülfüqarlı qardaşlarının 2002-ci ildə “Bakı Elektroştamp”, 2003-cü ildə isə “Bakı Poladtökmə” zavodunun səhmələrini qanunsuzluqla ələ keçirmələri, 2005-ci ildə isə həbslə üzləşdiyi bildirilir.
Xatırladaq ki, “Bakı İnşaat Sənaye” 2004-ci ildə yaradılıb. Şirkət tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dördbucaq, dairəvi və müxtəlif fasonlu dəmir məhsulları, mismar və məftillər hazırlayır.
Oxşar xəbərlər
Loğman Zülfüqarlı: “Ölkəmizdə daha çox iş yerləri açmağa nail olacağıq” - MÜSAHİBƏ
“Bakı İnşaat Sənaye” ASC 2004-cü ildə yaradılıb. Əsas istehsal yönümü tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dö...