Mərkəzi Qan Bankından əhaliyə müraciət

Mərkəzi Qan Bankından əhaliyə müraciət
Sosial 612

Mərkəzi Qan Bankı koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatınının artması barədə vətəndaşlara müraciət edib.

BAKU.WS xəbər verir ki, müraciətdə bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələrinin vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Qan Bankları 24 saat açıqdır:

"Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb. Sərtləşdirilimiş karantin günlərində vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq. Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et!"

Mərkəzi Qan Bankı

Feyzulla Qasımzadə küçəsi 65

907

+99412 440 65 86+99412 440 78 50+99412 441 66 52

Mərkəzi Qan Bankından əhaliyə müraciət

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər