"Mərkəzi Park"da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda azyaşlının həyatı təhlükəyə düşüb.
BAKU.WS-in məlumatına görə, hadisə dünən "Mərkəzi Park"da baş verib.
Ailə üzvlərinin dediyinə əsasən, 2 yaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1,5-2 metr olduğu bildirilir.
Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb. Hadisə nəticəsində xəsarət alan azyaşlı dərhal xəstəxanaya aparılıb və ona tibbi yardım edilib.
İddiaya görə, kanalizasiya quyusunun lyükü tam örtülməyib və qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.
Qalereya
Orxan Hüseyn
Oxşar xəbərlər
Konstitusiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib...