Mərkəzi Nəbatat Bağı paytaxt sakinləri və qonaqlara müraciət edib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs "Mərkəzi Nəbatat Bağı" paytaxt sakinləri və qonaqlara müraciət edib.
Mərkəzi Nəbatat Bağından BAKU.WS-ə verilən xəbərə görə, Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir.
Qeyd edilib ki, bu səbəbdən orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür: "Nəbatat Bağında yaşayan canlılara müdaxilə isə təbiətlə balansın pozulması ilə nəticələnər ki, bu da ekoloji baxımdan mənfi təsirlərə yol açar.
Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından Mərkəzi Nəbatat Bağında təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilir".
Qeyd edək ki, bu gün Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan vurması barədə xəbər yayılıb
Oxşar xəbərlər
Bu şəxslərə burun əməliyyatı OLMAZ
Burun estetikası (rinoplastika) hər kəs üçün uyğun olmaya bilər. Həkimlərin sözlərinə görə, müəyyən hallarda əməliyyat təhlükəli hesab olunur və təxirə salınmal...
